İQTİSADİYYAT
Bakıda “MilliÖn” terminalına müdaxilə: Ancaq əsginasla istifadə mümkündür
Bakıda “MilliÖn” terminalına qeyri-adi müdaxilə edilib.
Bu barədə vətəndaşlar tərəfindən müraciət daxil olub. Belə ki, paytaxtın Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yerləşdirilən terminalın qəpik qəbulu üçün ayrılan girişi bağlanıb.
Vətəndaşlar iddia edirlər ki, artıq bir neçə gündür, vəziyyət belədir:
“Qəpik vasitəsilə balans artırmaq mümkün deyil. Ancaq əsginaslarla, yəni kağız pulla bu terminaldan istifadə edə bilirik”.
Vətəndaşlar yalnız əsginaslar vasitəsilə balans artıra bilirlər.