Azad Media Susdurula Bilməz!
"Ford" 737 mindən çox avtomobilini geri çağırıb
İQTİSADİYYAT

"Ford" 737 mindən çox avtomobilini geri çağırıb

Transmilli avtomobil istehsalçısı "Ford Motor" ABŞ-da 737 287 avtomobilini geri çağırıb.

Bakufakt.az APA-Economics-ə istinadən verdiyi məlumata görə, şirkət yağ sızması və avtomobilin dayanmasına mane olan proqram təminatında xəta yarada biləcək hissəyə görə sözügedən nəqliyyat vasitələrini geri çağırıb.

Avtomobil istehsalçısı buraxılış ili 2020-2022-ci illər olan 345 451 ədəd "Escape", eləcə mühərrikinin həcmi 1 500 kub sm və buraxılış ili 2021-2022-ci illər olan "Bronco Sport" modellərini də geri çağırıb.

Bundan əlavə, 391 836 ədəd 2021-2022-ci illərdə buraxılan F-150, "Maverick", "Expedition", "Lincoln avigator", F-250, F-350, F-450 və F-550 modelləri geri çağırılıb

IRON MAX AZERBAIAN