On minə Allah xeyir versin” - Alman düşüncəli adamların Bakı bazarından ala biləcəyi maşınlar
Gəl, ay müştəri, ucuz və az sərfiyyatlı maşına gəl” çağırışları altında Badamdarda yerləşən maşın bazarına daxil olur və ucsuz-bucaqsız maşın bazarında görməyə öyrəşmədiyimiz izdihamla qarşılaşırıq. Bu bizə bir qədər təəccüblü görünür, çünki həmişə indi bazarda görünən mənzərənin əksi müşahidə olunub. Bu gün isə bir qədər fərqlidir.
Bakufakt.az maşın bazarından hazırladığı reportajı təqdim edir:
Yuxarıda da qeyd etdiyimiz kimi, havanın isti olmasına baxmayaraq, bazarda canlanma müşahidə olunur. Demək olar ki, istənilən markalı avtomobillərə rast gəlmək mümkündür. Lakin üstünlüyü daha çox “Toyota”, “Opel”, KIA və eyni zamanda 1,3-1,4 mühərrikli avtomobillər təşkil edir. Bazarlar müştərilərin tələbatına görə şəkillənir və görünür, yanacağın qiyməti bura da təsirsiz ötüşməyib. Yəni satışda ekonom avtomobillər üstünlük təşkil edirsə, deməli, avtomobil almaq istəyən vətəndaşların da tələbləri bu yöndədir