Ərzaq qıtlığından unikal çıxış yolu, yoxsa ölümcül təhlükə?
Koronavirus pandemiyasının bitdiyi bir vaxtda başlayan Rusiya-Ukrayna müharibəsi qlobal ticarət şəbəkəsində və maliyyə bazarlarında yaratdığı dalğalanmalarla yeni problemləri gündəmə gətirib. Rusiyanın enerji və metal istehsalında kritik oyunçu olması və tətbiq edilən sanksiyaların bazarda təklifə mənfi təsir göstərərək əlavə inflyasiya təzyiqi yaratması gündəmin zirvəsini zəbt edib. Digər tərəfdən, müharibənin ilkin mərhələlərində nisbətən arxa planda qalan, lakin müharibə davam etdikcə təsirini artıran taxıl təminatında yaşanan problemlər ciddi qlobal ərzaq böhranının mümkünlüyünü ortaya qoyub.
Pandemiya və müharibə bu gün qida tədarükü zəncirində qlobal problemlərin iki ən böyük səbəbi kimi göstərilsə də, qida tədarükü ilə bağlı həyəcan təbili uzun müddətdir ki, çalınır. BMT-nin bu yaxınlarda dərc etdiyi qlobal ərzaq böhranı hesabatına görə, əsas qida ehtiyaclarını ödəməkdə çətinlik çəkən və ərzaq böhranı səbəbindən təcili yardıma ehtiyacı olan insanların sayı 193 milyondur. Unudulmamalıdır ki, qlobal istiləşmə ilə müşayiət olunan quraqlıqlar, xüsusilə Afrikada qida istehsalına ciddi təhlükə yaradır. Belə olan halda böhranı ən az zərərlə ötüşdürmək üçün beynəlxalq təşkilatlar və eyni zamanda dövlətlər alternativ yollar axtarmaqdadır.
Bəs böhrandan çıxış yolu üçün ən unikal variant kimi görünən alternativ qidalardan istifadə nə qədər real görünür?
Məsələ ilə əlaqədar açıqlama verən ərzaq təhlükəsizliyi üzrə ekspert Eldəniz Əmirov qeyd edib ki, istənilən sahədə alternativlər daim mövcud olur, bu, olmadığı təqdirdə isə risklərin sığortalanması baxımından yeni alternativlər yaradılır