Baş nazirin növbəti qərarından sonra ətin qiyməti nə qədər ucuzlaşacaq?
Ötən gün Baş nazir Əli Əsədovun qərarı ilə “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib.
Qərarın qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.
Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
O bildirib ki, yeni qərara uyğun olaraq, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub:
“Bununla da 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan ƏDV-dən azad edilməsi sahibkarlığın inkişafına göstərilən qayğı kimi dəyərləndirilməlidir. Son aylar bazarda kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma müşahidə olunur