Kikboksinq - 2026* *Bakı Şəhər Çempionatı və Birinciliyi* *“Kikboksinq Narkomaniyaya və Uşaq Cinayətkarlığına Qarşı” şüarı ilə*
Dəfələrlə respublika və klublararası turnirlərin KA-1 peşəkar döyuşlərin qalibi “Kikboksinq Narkomaniyaya və Uşaq Cinayətkarlığına Qarşı” devizi altında təşkil edilən Bakı şəhər açıq çempionatında peşəkar idmançı Borçalı Omar Rəşad oğlu uğurla çıxış edərək 32 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
.
Yeniyetmə idmançı yarışda daxili qoşunların Vətən müharibəsində şəhid olan əməkdaşlarının xatirəsi üçün döyüşüb. O, qələbəsini xüsusi təyinatlı, şəhid Türkay Həsənliyə ithaf edib. O, T.Həsənlinin qəhrəmanlıqlarla dolu həyat və döyüş yolunu özü üçün istinad nöqtəsi kimi qəbul edərək qələbəsini məhz onun əziz xatirəsinə həsr edib. O.Borcəli idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Məlumdur ki, ölkəmizdə idmanın inkişafına dövlət diqqət və qayğısı geniş vüsət alıb, bunun nəticəsində idmançılarımız bir sıra yerli və beynəlxalq turnirlərdə əzmli qələbələr qazanıblar. İdman Azərbaycan bayrağının ucalarda dalğalanması, eləcə də sülh və barış üçün vasitədir. Bu vasitədən istifadə edən azərbaycanlı idmançılar ölkəmizin idman şərəfini daim əzmlə qoruyurlar. Bu yolda qazanılan uğurlarda müxtəlif dövlət qurumlarının, ayrı-ayrı şəxslərin xüsusi xidməti var.
Gənc idmançı təşəkkür məktubunda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə, vitse-prezident Adil Əliyevə, Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov cənablarına, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi General Polkovnik Əli Nağıyev cənablarına rəhbərliyinə, Daxili Qoşunların komandanlığına, o cümlədən Qərargah rəisi general-mayor Tofiq Hüseynova, Daxili işlər nazirliyi idman Şöbəsinin rəisi Polis Polkovniki Kikboksinq federasiyasının vitse prezidenti Eduard Məmmədova , Mətbuat Xidmətinin Rəisi Elşad Hacıyev cənablarına DİN-İdman cəmiyyəti Hakim Hacıyevə ümumilikdə tədbirin bütün təşkilatçılarına və hakimlər heyətinə minnətdarlığını bildirib. O, yarışın baş hakimləri Aydın Ağabəyov və Elşad Ələsgərova, təşəkkürünü çatdırıb.
Omar Borcəli

