Bakı Çempionatı və Birinciliyi RƏSMİ BİLDİRİŞ Wako Azerbaijan AkF
RƏSMİ BİLDİRİŞ
Bakı Çempionatı və Birinciliyi
Bakı çempionatı və birinciliyinin keçirilməsi ilə əlaqədar vacib qaydalar, tarixlər və iştirak tələbləri aşağıdakı kimidir:
Mühüm tarixlər və qeydiyyat
Son qeydiyyat tarixi:
16 aprel 2026-cı il, saat 23:59 (Qeyd olunan vaxtdan sonra müraciətlər qəbul edilməyəcəkdir.)
İlkin qeydiyyat və çəki ölçümü:
23 aprel 2026-cı ilMəkan: Hövsan Olimpiya İdman Kompleksi
Rinq döyüşçüləri üçün təkrar çəki:
26 aprel 2026-cı il, saat 07:00(Yalnız rinq disiplinlərində iştirak edən idmançılar üçün.)
Məşqçilərin iclası: Yarışın ilk günü, saat 08:00(İştirak mütləqdir.)
İştirak qaydaları və tələblər
Klub limiti:
Hər çəki dərəcəsində bir klubdan maksimum 4 idmançı iştirak edə bilər.
Sənəd tələbi:
Çəki komissiyasına mütləq şəxsiyyət vəsiqəsinin əsli təqdim olunmalıdır.(Surət və ya fotoşəkil qəbul edilmir.)
Cərimə sanksiyası: İdmançının faktiki çəkisi qeydiyyat vərəqəsində göstərilən çəki ilə uyğun gəlmədiyi halda, aid olduğu klub 50 AZN məbləğində cərimə olunacaqdır.
Yarışın təşkili və hakimlik
Döyüşlər eyni vaxtda 2 rinq və 2 tatami üzərində keçiriləcəkdir.
Final döyüşləri yalnız yüksək performans göstərən və məsuliyyətli hakimlər tərəfindən idarə olunacaqdır.
Bütün qərarlar baş hakimin nəzarəti və təsdiqi ilə veriləcəkdir.
Mükafatlandırma
Yarışın sonunda rinq və tatami disiplinləri üzrə aşağıdakı nominasiyalar üzrə diplomlar, yer tutan komandalara isə pul mükafatı təqdim olunacaqdır:
Ən yaxşı idmançı
Ən yaxşı məşqçi
Ən yaxşı hakim
⚠️*Qeyd*
Bütün iştirakçılardan yarış qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Bütün idmançılara uğurlar arzulayırıq!

