Gənc İdmançıya yüksək dəstək Omar Borcəli təşəkkür edib.
Gənc idmançıya yüksək səviyyədə diqqət
Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımız ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini bacarıqla qoruyurlar.
Azərbaycan təkcə beynəlxalq arenadakı yarışlada fəal iştirak etməklə kifayətlənmir, həm də nüfuzlu idman yarışlarına ev sahibliyi edir.
Bir-birinin ardınca mötəbər yarışların məhz Azərbaycanda keçirilməsi idmanın inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu göstəricisidir.
İdmançıların daha yaxşı hazırlanması, inkişafı, nüfuzlu yarışlarda iştirakının təmini üçün də müxtəlif səviyyələrdə genimiqyaslı işlər aparılır. Suraxanı da gənc idmançılarla işin aparılması, onların hazırlığına xüsusi diqqətin yetirildiyi rayonlardandır.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov bu dövlət siyasətinin icrasında xüsusilə fərqlənirlər. İcra Hakimiyyəti başçısının göstərişlərinə uyğun olaraq rayon Gənclər və İdman İdarəsi idman sahəsində öz istedad və bacarığı ilə fərqlənən yeniyetmələrə, gənclərə xüsusi diqqət göstərir, onların mötəbər yarışlarda iştirakının təmin olunmasına dəstək verilir.
Belə idmançılardan biri də S.S Axudov adına 172 saylı məktəbin şagirdi, kikboksinq üzrə klublararası respublika çempionatında 2 dəfə 1-ci, bir dəfə 2-ci yer tutan Omar Borcəlidir.
Gənc idmançı və onun Vətən müharibəsinin könüllü iştirakçısı olmuş atası Rəşad Borcəliyev ilə Gənclər və İdman İdarəsində görüş keçirilib. İdarənin müdiri Amil Bağırov rayon rəhbərliyinin göstərişinə uyğun olaraq, gənc idmançıya hər cür dəstək göstəriləcəyi bildirib. Görüşün ardından gənc idmançı idman avadanlıqları ilə təmin edilib, yarışlarda iştirakı üçün maliyyə təminatının həyata keçiriləcəyi bildirilib.
Respublikamızın idman şərəfini qoruyacaq idmançı bu görüşdən məmnun olduğunu bildirib, ona göstərilən diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırova təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətində də ona olan ümidləri doğrultmağa çalışacağını vurğulayıb.
Gənc idmançının ailəsi də öz növbəsində övladlarına göstərilən diqqətə görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova, İdman və Gənclər İdarəsinin müdiri Amil Bağırova minnətdarlıqlarını ifadə ediblər.