Azad Media Susdurula Bilməz!
Azərbaycan idmançısı Zabitin vida döyüş gecəsində qalib gəldi
İDMAN

Azərbaycan idmançısı Zabitin vida döyüş gecəsində qalib gəldi

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

Bakufakt.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

Yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

Reklam ADS