Zelenskidən təəccübləndirən açıqlama - NATO-ya marağım itdi, Krım və Donbası Rusiya ilə müzakirə edə bilərik.
Bakufakt.az Baku.az saytına istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski Krımın və Donbasın tanınması ilə bağlı suala təəccübləndirən cavab verib. Zelenski bunu müzakirə edə biləcəklərini və oradakı insanların necə yaşayacağına dair kompromis tapa biləcəklərini deyib.
Amerikanın ABC kanalına “Krımın və iki separatçı bölgənin (Donetsk və Luqansk) tanınması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesajınız nədir?” sualına Zelenski "…İşğal olunmuş və tanınmayan əraziləri yalnız Rusiya tanıyır. Biz bunu müzakirə edə bilərik və oradakı insanların necə yaşayacağına dair kompromis tapa bilərik. Mənim üçün önəmli olan bu bölgələrdə Ukrayna ilə birgə yaşamaq istəyən insanlardır. Bu suala cavab vermək çətindir. Putin danışmağa və dialoqa başlamağa hazır olmalıdır" – deyə cavab verib.
NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını başa düşdükdən sonra bu məsələyə marağının itidiyini deyən Zelenski əlavə edib ki, alyans Rusiya ilə qarşı-qarşıya gəlməkdən qorxur.
"Putin üçün mesajınız varmı?" sualına isə Zelenski belə cavab verib, "Onun müharibəni dayandırmaq gücü var. Bu müharibəni başladanın özü olduğuna inanmasa da, müharibəni dayandırmaq onun əlindədir. Bunu mütləq bilməlidir.