Azad Media Susdurula Bilməz!
“Azərbaycandan qızları xaricə apararaq istismara məruz qoyurlar”? – SENSASİON AÇIQLAMA
GÜNDƏM

“Azərbaycandan qızları xaricə apararaq istismara məruz qoyurlar”? – SENSASİON AÇIQLAMA

"Bakufakt" bildirir ki, Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid edildiyini bildirib. O, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseynin münasibətlərinə son qoyulduqdan sonra onu təhdid etdiyini, sosial şəbəkələrdə isə barəsində insan alveri ilə bağlı ittihamların yayıldığını iddia edib.

O, müraciətində Gülxar Novruzlu və daha bir neçə şəxsin qadınları xarici ölkələrə apararaq istismara cəlb etməsi ilə bağlı ciddi iddialar irəli sürüb.

Seyid Hüseynin sözlərinə görə, hazırda Türkiyənin İstanbul şəhərində yaşayan və TikTok-da “Gulu_049” adı ilə tanınan Gülxar Novruzlu, Nərmin Paşiyeva, Nərgiz Cəfərzadə və adları dəqiqləşdirilməyən digər şəxslərin qadınların xarici ölkələrə aparılması ilə əlaqəli fəaliyyətləri barədə araşdırma aparılmalıdır.

Onun iddiasına görə, qadınlar müxtəlif ölkələrin nömrələri vasitəsilə yaradılmış WhatsApp və Telegram qruplarına dəvət olunur, rəfiqəlik münasibətləri adı altında Dubaya aparılır və sonradan istismara məruz qalırlar.

Seyid Hüseyn bildirib ki, bəzi hallarda qadınların aviabiletləri əvvəlcədən alınır, onların bank kartlarına 600 manat köçürülür və Dubaya çatdıqdan sonra nağd pul da verilir. O, iddialarını təsdiqləyə biləcək maddi sübutların olduğunu qeyd edərək, aidiyyəti qurumların şəxslərin ölkələrə giriş-çıxış tarixlərini və digər məlumatları araşdırmasını istəyib.

Müraciət müəllifi Gülxar Novruzlu ilə əvvəllər münasibətdə olduğunu da qeyd edib. Onun iddiasına görə, qadın münasibətləri dövründə bu cür fəaliyyətlə əlaqəsinin olmadığını desə də, ayrılıqdan sonra bir sıra məsələlərdən xəbər tutub.

Seyid Hüseyn həmçinin şəxsi pulunun oğurlandığını və hadisəyə görə başqalarının günahlandırıldığını iddia edib.

O, hazırda İstanbulda olduqları bildirilən şəxslərin fəaliyyətinin araşdırılmasını, Azərbaycandan xarici ölkələrə aparılan qadınların mümkün istismar hallarının yoxlanılmasını və qanun çərçivəsində tədbirlər görülməsini tələb edib.

IRON MAX AZERBAIAN