Azad Media Susdurula Bilməz!
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış
GÜNDƏM

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış

Səhiyyə Nazirliyinin müvafiq qurumu Biləsuvarda yerləşən “Dokta” MMC-yə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra nöqsanlar üzə çıxıb.

"Bakufakt" xəbər verir ki, yoxlama zamanı dərman vasitələrinin reseptsiz buraxılması faktları aşkar edilib.

“Ademta 400 mq”, “Lopista H50 mq/ 12,5 mq”, “Eqiloq 25 mq”, “Unirizin” adlı dərman vasitələri resept əsasında satılmalı olduğu halda, alıcılara reseptsiz təqdim edilib. Bundan başqa, yoxlama nəticəsində “Myocron (50mg, 5ml)” adlı dərman vasitəsinin saxlama şəraitinin pozulduğu da aşkar olunub.

Hər iki fakt üzrə İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə “Dokta” MMC inzibati qaydada cərimələnib.

“Dokta” MMC-nin millət vəkili Cavanşir Feyziyevə məxsus olmasına dair mətbuatda kifayət qədər materiallara rast gəlmək mümkündür. Araşdırmalar nəticəsində də sözügedən şirkətin deputata məxsus olduğu faktı daha öncə aşkarlanıb.

IRON MAX AZERBAIAN