Beynəlxalq münasibətlər üzrə ekspert Emin Əliyev : “İnamı istismardan qorumaq lazımdır”
Emin Əliyevdən dini inancın istismarına qarşı sərt mesaj: “Bu cür fəaliyyətlərin qarşısı alınmalıdır”
"Bakufakt" xəbər verir ki, bu sözləri Beynəlxalq münasibətlər üzrə ekspert Emin Əliyev öz sosial şəbəkə hesabında paylaşımında qeyd edib.
Ekspert Azərbaycanın tarixi və milli-mənəvi dəyərlərində İslamın mühüm yer tutduğunu vurğulayıb.
Emin Əliyevin sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu dini inancı tolerantlıq, mərhəmət, mənəviyyat və humanizm anlayışları ilə birləşdirib.
“Azərbaycanın tarixi və milli-mənəvi dəyərlərində İslamın mühüm yeri var. Azərbaycan xalqı əsrlər boyu dini inancı tolerantlıq, mərhəmət, mənəviyyat və humanizm anlayışları ilə birləşdirib”, – deyə ekspert bildirib.
O qeyd edib ki, dini inancın qorunması ilə dini inamdan istifadə edən şəxslərin fəaliyyətinin qarşısının alınması bir-birinə zidd deyil.
“Əksinə, insanın inancını istismardan qorumaq həmin mənəvi dəyərin özünü qorumaq deməkdir”, – Emin Əliyev vurğulayıb.
Ekspert dini inancdan sui-istifadə hallarına qarşı mübarizənin vacibliyinə diqqət çəkərək, “Bu cür fəaliyyətlərin qarşısı hər vəchlə alınmalıdır” deyə qeyd edib.

