GÜNDƏM
22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik
Əziz jurnalistlər və media nümayəndələri!
Sizi 22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə Bakufakt.az kollektivi adından ürəkdən təbrik edirik.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün də cəmiyyətin məlumatlandırılması, həqiqətin çatdırılması və söz azadlığının inkişafı istiqamətində mühüm missiyasını davam etdirir.
Bütün media nümayəndələrinə möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektiv və qərəzsiz fəaliyyət arzulayırıq.
22 İyul – Milli Mətbuat Gününüz mübarək!
Hörmətlə,
Bakufakt.az kollektivi

