Azad Media Susdurula Bilməz!
AMEA-nın fəlsəfə doktorundan müzakirə edilən fotolarla bağlı: "Azından ayıbdır..."
GÜNDƏM

AMEA-nın fəlsəfə doktorundan müzakirə edilən fotolarla bağlı: "Azından ayıbdır..."

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasından çəkilən görüntülər müzakirələrə səbəb olub.

Bakufakt.az yazır ki, buna səbəb iclasda zalda olan çox sayda şəxsin mürgüləməsi olub.

Bu da sosial şəbəkələrdə “elmin vəziyyəti”, “iclas maraqsız olub”, “elmimiz yuxuya gedib” və s. şərhlərin yazılmasına səbəb olub.

AMEA-nın Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru Səadət Şıxıyeva elm ocağı ilə bağlı tənqidlərə münasibət bildirib.

“AMEA-nın iclas zalında yatan və ya gözünü yumub sadəcə o şəkildə dinləyən alimlərin şəklini çəkib paylaşanlar özlərini günün qəhrəmanı sayırlar. O yatan kimi təqdim etdiklərinizin bir qismi şəxsiyyəti və bir neçə dildə araşdırmaları ilə Azərbaycana şöhrət gətirən, Azərbaycan elminə xidmət edən şəxslərdir. Lağlağı, məsxərə də hədd bilməlidir. Nəticə etibarilə böyük-kiçik səddi götürülür, cəmiyyətin mənəvi-əxlaqi deqradasiyası nümayiş olunur. O şəkillər onların bu günü, sizin isə sabahınızdır. Azından ayıbdır...”, - deyə o əlavə edib.

Qeyd edək ki, bugünkü iclasın  gündəliyinə iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.  

IRON MAX AZERBAIAN