GÜNDƏM
Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi - ÇOXU MƏKTƏBLİDİR
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə Bakufakt.az-aTƏBİB-dən məlumat verilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

