Azad Media Susdurula Bilməz!
Bakıda süpürgəçilərin DAVASI: kişi qadını döydü
GÜNDƏM

Bakıda süpürgəçilərin DAVASI: kişi qadını döydü

Sabunçuda süpürgəçilər arasında mübahisə davaya çevrilib. Onlar məhkəmədə barışıblar.

Bakufakt.az xəbər verir ki, hadisə Sabunçu rayonunda, Şuşa şəhərciyi ərazisində qeydə alınıb.

Qeyd edilən ərazidə süpürgəçi işləyən Qaçay iş yoldaşı Ülviyyə ilə mübahisə edib. Buna səbəb ərazinin təmiz olmaması olub. Qaçay Ülviyyəyə irad bildirib ki, ərazisini yaxşı təmizləmir. Bu səbəbdən də onun ərazisinin zibilləri külək vasitəsi ilə onun təmizləməli olduğu yerə gəlirmiş.

Tərəflər arasındakı sözlü mübahisə zamanı Qaçay Ülviyyənin sifət nahiyəsinə zərbə vurub. Bundan sonra Ülviyyə polisə şikayət edib.

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunan 45 yaşlı Qaçay məsuliyyətə cəlb edilib. İş məhkəməyə göndərilən ərəfədə isə Ülviyyə Qaçayla barışıb və onu bağışlayıb.

Məhkəmənin hökmü ilə Qaçay 6 ay islah işləri cəzasına məhkum edilib.

IRON MAX AZERBAIAN