
GÜNDƏM
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Naxçıvanda 11 saylı çörək zavodunun 60 kvadratmetr torpaq sahəsi zəbt edilib. Həmin torpaq sahəsində yerləşən 47 kvadratmetr sahəsi olan bufet-çayxana sökülüb.
Bakufakt.az xəbər verir ki, zavod rəhbəri məhkəməyə müraciət edərək sökülən tikili üçün 100 min manat, sökülən gündən əldənçıxmış fayda kimi 80 min manat, mənəvi ziyana görə isə 50 min manat tələb edib.
İş adamı ümumilikdə 230 minlik iddianı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı qaldırıb.
Məhkəmə zamanı məlum olub ki, zavod rəhbəri icra hakimiyyəti ilə razılıq əldə etdiyi üçün iddiadan imtina edib.