GÜNDƏM
Vəkillər Kollegiyasının yeni baş ofisi nə zaman açılacaq?- Sədr açıqladı
Gələn ilin sonuna qədər Vəkillər Kollegiyasının yeni baş ofisi açılacaq.
Bakufakt.az xəbər verir ki, bunu 28 dekabr Vəkil Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Anar Bağırov bildirib ki, hazırda Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına ayrılan binada təmir-tikinti işləri aparılır.
Sədr qeyd edib ki, təmir-tikinti işləri Vəkillər Kollegiyasının öz hesabına aparılır.