Azad Media Susdurula Bilməz!
Peskovdan təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Təyyarədəki dəliklər..."
GÜNDƏM

Peskovdan təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI: "Təyyarədəki dəliklər..."

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun keçirdiyi brifinqdə ona Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbinin atəş nəticəsində dəymiş zədə olması ilə bağlı şayiələrlə Moskvanın necə yanaşdıdığı soruşulub.

Bakufakt.az Rusiya mediasına istinadla xəbər verir ki, jurnalistlər təyyarənin gövdəsinin xarakterik deşikləri olan fotoşəkilləri dərc edildikdən sonra sosial şəbəkələrdə bu cür nəticələrin yayıldığını bildiriblər.

Peskovun cavabı belə olub: "Hazırda hər hansı bir aviasiya hadisəsi araşdırılmalıdır".

O, bu təhqiqat başa çatana qədər hər hansı fərziyyə irəli sürməyin düzgün olmadığını vurğulayıb. "Biz bunu edə bilmərik və heç kim etməməlidir", - deyən Kreml spikeri jurnalistləri komissiyanın işinin tamamlanmasını gözləməyə çağırıb.

Daha əvvəl bildirilmişdi ki, qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmanı Azərbaycan, Qazaxıstan və Braziliyanın nümayəndələri aparır. Peskov rusiyalı ekspertlərin bu işə qoşulması barədə suala cavab verməyib.

IRON MAX AZERBAIAN