Azad Media Susdurula Bilməz!
"Azərbaycanfilm"də nə baş verir? - Rəhbərlik istefa verdi
GÜNDƏM

"Azərbaycanfilm"də nə baş verir? - Rəhbərlik istefa verdi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib. 

Nazim Hüseynov  açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

IRON MAX AZERBAIAN