Azad Media Susdurula Bilməz!
İstirahət mərkəzində 20 yaşlı qız bıçaqlandı: Saxlanılan var
GÜNDƏM

İstirahət mərkəzində 20 yaşlı qız bıçaqlandı: Saxlanılan var

Avqustun 24-də axşam saatlarında Xaçmaz rayonunda restoranların birində 2003-cü il təvəllüdlü Z.Bəşirovaya kəsici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının tanışı 1996-ci il təvəllüdlü Sakit Muxtar oğlu Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumat üçün bildirək ki, avqust ayının 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN