Azad Media Susdurula Bilməz!
Semaşko Afrikadan gələn xəstəliyi Bakıda bilərəkdən yayır? - DƏHŞƏTLİ FAKTLAR
GÜNDƏM

Semaşko Afrikadan gələn xəstəliyi Bakıda bilərəkdən yayır? - DƏHŞƏTLİ FAKTLAR

Semaşko xəstəxanasında infeksion şöbələrinin birləşdirilməsi artıq öz acı nəticələrini verməkdədir. Belə ki, xəstə (ad soyadını əldə etsək də dərc etməyə ehtiyac görmədik) 06.04.2023-cü il də Semaşko Xəstəxanasına daxil olur, müayinədən sonra ona "malyariya" diaqnozu qoyulub. Sən demə xəstə Afrikadan qayıdıb.

 

Əvvəl də qeyd etdiyimiz kimi, Semaşko xəstəxanasında infeksion şöbələri birləşdiyindən bütün xəstələr bir mərtəbədə müalicə alır. Bu malyariya xəstəni "kəskin virus hepatit-C" ilə müalicə olunan digər xəstə ilə eyni palatada yatızdırırlar. Əsas məsələ də bundan sonra başlayıb. Bir müddət sonra virus hepatitli xəstə yaxşılaşmaq əvəzinə daha da vəziyyəti ağırlaşıb. Kəskin qızdırması olan xəstəni təkrar müayinə edən zaman məlum olub ki, virus hepatitli xəstə malyariyaya da yoluxub. Xəstənin halı ağırlaşdığı üçün, onu ümumi reanimasiya şöbəsinə köçürüblər. Orda da xəstəni digər xəstələrlə birlikdə palataya birləşdirilib. Belə ki, Könül və Fərrux doktorun birgə əməyi nəticəsində yoluxucu korpuslar digər şöbələrə verilib. Yoluxucu şöbələr birləşdirilib. Nəticədə hava-damcı, mədə-bağırsaq, zoonoz və xüsusi hepatitli xəstələr bir mərtəbədə müayinə və müalicə olurlar.

 

Əvəllər də bu şöbədə eyni problem yaşanıb. Məsələn: Brüsellyozlu xəstə suçiçəyi xəstəliyinə, hepatitli xəstə qızılcaya, enterokolitli xəstə kəskin A virus hepatitinə yoluxublar. Buna xəstəxanadaxili yoluxma deyilir. 

 

Əvvəl ki, hadisələri gizli saxlaya biliblər! Aldığımız məlumata görə isə bu hadisə bütün xəstəxana işçilərinin əsas müzakirə mövzusuna çevrilib. ÜTS-də ölkəmiz malyariyadan tamam təmizlənmiş ölkə kimi keçir. Fərrux həkim yoluxucu şöbənin həkimi Epidemoloq və tibb bacılarından izahat alır ki, xəstələri niyə yoluxdurursuz. Amma özü anlamır ki, malyariya ağcaqanadlar keçirirlər, tibb işçiləri yox. 

 

Bütün baş verənlərə nəzər saldıqda Könül və Fərrux həkimin xəstəxanada faciələrə yol açdığını görürük. Onun tabeliyində olan işçilər əziyyət barədə ona məlumat verəndə isə Könül həkim bildirir ki, yoluxucu şöbə gəlirli sahə olmadığı üçün o bu addımı atıb. Bütün dünyanın infeksiya və yoluxucu xəstəliklərlə mübarizə apardığı dövrdə, Könül həkim 350 çarpayılıq yoluxucu şöbələri birləşdirib çarpayıların sayını 100 edib. Digər 250 çarpayını isə TƏBİB-in "köməkliyi" ilə ümumi qaydada digər şöbənin açıb və öz şəxsi vəsaitini biraz da artırıb.

 

 

Etik qaydaları nəzərə alaraq bu hadisədə ziyan görmüş vətəndaşların ad soyadını yazmağı ehtiyac bilmədik. Məlum olan odur ki, xəstəxanada ki bu Özbaşınalığı böyük faciələrə yol aça bilər. Ən sadə halda əyər hər hansısa bir qidadan kütləvi şəkildə zəhərlənmə olarsa Semaşkonın adı çəkilən şöbəsi ÇÖKƏÇƏK!

 

 

Ümüd edirik, ölkə rəhbərliyi bu məsələylə bağlı bir ölçü götürəcək və hər kəs öz layiqli cəzasını alacaq.

 

Zəhra Kələndərova 

IRON MAX AZERBAIAN