Azad Media Susdurula Bilməz!
Gəncədə sərnişin avtobusu qəzaya düşdü:
GÜNDƏM

Gəncədə sərnişin avtobusu qəzaya düşdü:

Göygöl-Gəncə yolunda “İsuzu” markalı sərnişin avtobusu qəzaya uğrayıb. Bakufakt.az xəbər verir ki, hadisə zamanı avtobus VAZ-2107 və “Volkswagen Passat” markalı avtomobillərlə toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə qəza ilə bağlı müvafiq məlumat daxil olub:

“Dərhal Dövlət Yol Polis şöbəsinin əməkdaşları həmin əraziyə gəlib və hərəkətin təmin olunmasını bərpa ediblər. Hələlik sərnişinlərdən beşinin xəstəxanaya müraciət etməsi məlumdur.

Faktla bağlı araşdırmalar aparılır. Əlavə məlumat veriləcək”.

Reklam ADS