Azad Media Susdurula Bilməz!
Sabunçuda çirkab suları ətrafa yayılıb -
GÜNDƏM

Sabunçuda çirkab suları ətrafa yayılıb -

Sabunçu rayonunda çirkab suları ətrafa yayılıb. 

Bu barədə  ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlər iddia edirlər ki, Sabunçu rayonunun Emir Bağırov qəsəbəsində kanalizasiya problemi həll olunmur.

Mövcud problemin həlli üçün aidiyyəti qurumlara müraciət edilsə də, heç bir çıxış yolu tapılmayıb.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq “Azərsu” ASC-dən bildirilib ki, sözügedən ərazidə qurumun kanalizasiya şəbəkəsi mövcud deyil:

“Sözügedən ərazidə qurum tərəfindən mövcud problemin aradan qaldırılması üçün kanalizasiya şəbəkəsi olmalıdır. Burada isə heç bir kanalizasiya sistemi mövcud deyil”.

Sabunçuda çirkab suları ətrafa yayılıb -

Reklam ADS