Üstdən geyinib altdan qıfıllanmaq necə olurmuş? –Belə yaranıb
Yəqin çox eşitmisiniz, çox qalın geyinəndə, hava şəraitinə uyğun yaxşı hazırlananda “üstdən geyinib, altdan qıfıllanmışam” deyirlər (və ya əksinə, altdan geyinib, üstdən qıfıllanmışam). Deyirlər, amma mənasını tam anlamadan. Əslinə baxsanız, bu deyimin qədim tarixi var və mənası heç də üst-üstə çoxlu paltar geyinmək deyil.
Bu məsəlin arxasında, əslində, işgəncəyə daha çox bənzəyən qədim bir “dəb” dayanır. Söhbət orta əsrlərdə istifadə olunan bəkarət kəmərindən gedir. Miflərə əsasən, bəkarət kəmərləri ilk dəfə 1100-cü illərdə Səlib yürüşləri zamanı istifadə edilib. Bəkarət kəməri dəmirdən hazırlanırdı, açıb-bağlamaq üçün qıfılı olurdu və alt geyimi formasında idi.
Xaç yürüşlərinə gedən kişilər arvadları xəyanət etməsinlər deyə, onlara bəkarət kəməri geyməyi əmr edirdilər. Sonralar katolik keşişlər də bu kəmərlərdən istifadə etməyə başladılar