“Əmini söy” deyə böyüdülən uşaqlar: Qanunvericilikdə bu cür valideynlər barədə maddə olmalıdır
Əmini söy, əmini söy”
“Səni vurdular, sən də vur. Birin söyəndə sən beşini söy, öyrətmişəm axı”
“Yekə oğlansan, döyülüb gəlmə evə”
“Gördün gücün çatmır, yerdən daş götür, çırp təpəsinə”…
Təəccüblü gəlsə də, ölkəmiz nadir ölkələrdəndir ki, uşaq dil açan kimi ona söyüş öyrətməyə çalışırıq. Daha dəhşətlisi bunu “mizah” anlayışı kimi qələmə veririk.
Xüsusən böyüklər uşaqların söyüş söyməsinə ürəkdən gülərək, həzz alırlar. Lakin düşünülmür ki, bu kəlmələr uşaqların psixologiyasına ciddi ziyan verir. Müəyyən yaşdan sonra isə uşaqlar bir məclisdə həmin söyüşləri işlədəndə aşağı-yuxarı bütün valideynlər deyirlər ki, “evdə də elə söz işlənmir ki, deyim bizdən öyrənib. Hardan öyrənib bu uşaq bu söyüşləri, vallah bilmirik”. Belə də olur, lakin əksər hallarda uşaq evdə gördüyünü, eşitdiyini daha tez yadında saxlayır. Bu məsələnin başqa tərəfi.
Bir müddət sonra valideynlər “mizah” kimi yanaşıb uşağa öyrətdikləri söyüşləri, vulqar ifadələri tərgitməsi üçün əllərindən gələni etməyə çalışırlar. Lakin nəticə verirmi? Xeyir, alınmır. Bu zaman isə uşağa şiddət başlayır. “Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm” və s. ifadələrlə uşaqları qorxutmaq cəhdləri onların psixologiyasında travma yaradır.
Tez-tez sosial platformalarda da blogerlərin, fenomenlərin övladları ilə canlı yayım açaraq onların yanında söyüş söymələri, uşaqların yaşına uyğun olmayan davranışlara yol verdiklərinin şahidi oluruq.
Görünən odur ki, valideyn olmaq üçün ailə qurub, övlad dünyaya gətirmək kifayət etmir