foto rubli̇ka
Ləğv olunan BNA-nın loqoları niyə yığışdırılmır?
Bakıda ötən il ləğv olunmuş Bakı Nəqliyyat Agentliyinin (BNA) loqolarına rast gəlinir.
Sosial şəbəkələrdə bununla bağlı fotolar paylaşılır və mövcud duruma diqqət çəkilir.
Belə ki, BNA dövlət başçısının 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansına verilsə də, bir sıra yol nişanlarında dəyişiklik edilməyib.
Bir ildən çox müddətdə bu loqoların yenilənməməsi sual doğurur.
Bununla əlaqədar görülən işlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərsək də, hələ ki açıqlama verilməyib.