cəmi̇yyət
Hərbi xidmətlə bağlı yeni qanun layihəsi...
Milli Məclisdə “Hərbi xidmət haqqında” yeni qanun layihəsinin hazırlanması təklif edilib.
"Bakufakt" xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.
O qeyd edib ki, parlamentin iclaslarında “Hərbi xidmətkeçmə haqqında əsasnamə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna və s. dəyişikliklər edilsə də, yeni qanuna ehtiyac var:
“Vətən müharibəsindən sonra yeni bir qanun layihəsi hazırlanmalı və bu tam o standartlara uyğunlaşmalıdır”.

