cəmi̇yyət
SON DƏQİQƏ! Xalq artistinin kürəkəni həbs olundu
Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşlara qarşı dələduzluqda ittiham olunur.
Məlumata görə, o, bir neçə vətəndaşın etibarından sui-istifadə edərək yüz minlərlə manat vəsait əldə etməkdə ittiham edilir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluğun külli miqdarda ziyan vurmaqla törədilməsi) ilə cinayət işi başlanıb.
“Bakufakt" ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rüfət Qasımzadə və onunla əlbir olmaqda ittiham edilən Məmməd Məmmədzadə barəsində həbs qətimkan tədbiri seçilib.

