
Sosial mediada artan təhdid və əxlaqsız təkliflər – anonim qaynaqdan redaksiyamıza daxil olan məlumat əsasında
Redaksiyamıza daxil olan anonim müraciət əsasında bu xəbəri təqdim edirik. Son dövrlərdə sosial şəbəkələrdə — xüsusilə Instagram platforması üzərindən — baş verən bəzi halların ağır nəticələrə gətirib çıxara biləcəyi barədə ciddi siqnallar almışıq.
Müraciətdə bildirilir ki, gənc bir xanım (adı redaksiyaya məlumdur) bir müddətdir tanımadığı bir şəxs tərəfindən dəfələrlə mesajla şantaj edilib. Məlumatda qeyd olunur ki, bu şəxs onu şəxsi foto və görüntülərlə hədələyərək:
- lüt şəkillər göndərməyə məcbur etməyə çalışıb,
- şəxsi görüş təklifləri verib,
- bu tələblər yerinə yetirilmədiyi təqdirdə fotoları yaymaqla təhdid edib.
Qızın yaxın çevrəsində olan şəxslərdən biri (ad çəkilmir) ona bu dövrdə müəyyən dəstək göstərib. Bəzən isə dəstək görüntüsü altında prosesin içində olan tərəflərin mövcudluğundan şübhələnilir.
Ən ciddi məsələ: Şantaj qurbanı qız bu barədə valideynlərinə məlumat verə bilməyib, çünki çox dərin psixoloji təzyiq altındadır. Qeyd olunur ki, bu hal davam edərsə, onun özünə qəsd ehtimalı real olaraq qiymətləndirilir.
Redaksiyamız bu məsələ ilə bağlı bir neçə texniki sübut əldə edib:
- Şantaj mesajlarının arxivləri,
- Sosial media hesabları.
- Dəstək verən yaxınıyla olan yazışmalar.
Əgər bu davranış dərhal dayandırılmazsa, hər hansısa özünəqəsd halı olarsa toplanan materiallar hüquq-mühafizə orqanlarına təqdim olunacaq. Bundan əlavə, şəxslərin kimliyi tam şəkildə ictimailəşdiriləcək.
Biz bu xəbər vasitəsilə heç kimi birbaşa ittiham etmirik, ancaq bu əməldə rolu olan hər kəsə ciddi xəbərdarlıq edirik: Susmaq, ört-basdır etmək və ya manipulyasiya etmək — məsuliyyətdən azad etmir.