Azad Media Susdurula Bilməz!
Jurnalistin anası oğlu üçün əfv istədi - "Sizdən acizanə xaişim..."
cəmi̇yyət

Jurnalistin anası oğlu üçün əfv istədi - "Sizdən acizanə xaişim..."

Həbsdə olan Xeberaz.az xəbər saytının təsisçisi Tural Əliyevin 73 yaşlı anası Gülgəz Mirzəyeva ölkə başçısına muraciət edib. O, qarşıdan gələn Novruz bayramı ilə bağılı ölkə başçısından oğlunun adının əfv siyahısına salınması barədə kömək istəyib.  

"Bakufakt" sözügedən müraciəti olduğu kimi təqdim edir:

"Mən Kəlbəcər rayonundan köçgünü Gülgəz Mirzəyeva Əlbənd qızı, jurnalist Tural Əliyevin anasıyam. Mənim həyatımın gənclik illəri köçgünlük səbəbilə çox ağır keçdi.  

Beş övladımı bir-bir əziyyətlə yarı ac, yarı tox böyütdüm. 

Oğlum "Xeberaz.az" MMC-nin təsisçisi Tural Əliyev 2 ildən artıqdır ki, həbs olunub. Oğlum sizə ƏFV üçün mənim vasitəmlə ərizə ilə müraciət edib.  

Mən özüm isə bir ana kimi sizə yalvarıram. Mənim oğlumu orucluq gününə xatir Allah rizası üçün, 73 yaşlı bir ana olaraq çəkdiyim zülmlərə, ailə üzvlərimdən verdiyim 4 şəhidə xatir övladım Tural Əliyevi bağışlamanızı acizanə şəkildə sizdən artıq dərəcədə yalvararaq xaiş edirəm. 

Qeyd edək ki, Tural Əliyev Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə 6 il azadlıqdan məhrum edilib 

 

IRON MAX AZERBAIAN