Sosial şəbəkələrdə auditoriyası min nəfərdən çox olan hesab sahibləri nəzarətə götürüləcək
Gündəlik auditoriyası min nəfərdən çox olan sosial şəbəkələrdəki hesab sahiblərindən özləri haqqında məlumatları “Roskomnadzor”a ötürmək tələb oluna bilər.
Bu barədə "Roskomnadzor"dan bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, KİV-dən istifadə olunmadan yayılan məlumatda onun sahibi və ya yayımçısının haqqında onun şəxsiyyətini müəyyənləşdirmək üçün kifayət qədər formada və həcmdə etibarlı məlumatlar olmalıdır. "Bu tələb sosial şəbəkə istifadəçilərinin şəxsi səhifələrinə şamil edilsə də, əksər hallarda yerinə yetirilmir.
Ancaq indi bu tələb konkretləşdirilə bilər və "onu sosial şəbəkələrin bütün istifadəçilərinə deyil, yalnız gündəlik auditoriyası 1000 nəfərdən çox olanlara şamil etmək olar. Təşəbbüsə görə, belə bir istifadəçi qanuni əhəmiyyətli məlumatları göndərmək üçün “Roskomnadzor”a tam adı və əlaqə məlumatlarını bildirməyə borcludur. Bu, qurumda qeydiyyat deyil, hesab sahibinin informasiya yayması barədə tənzimləyiciyə bildirişdir ”, - deyə qurumdan verilən açıqlamada bildirilib.
Eyni zamanda, təşəbbüsdə Rusiya şirkətlərinə istifadəçiləri “Roskomnadzor”a məlumat verməyən ictimai səhifələrdə öz reklamlarını yaymaq qadağan ediləcəyi də nəzərdə tutulur.