Bakıda inanılmaz dələduzluq: Olmayan evi satacağı ilə aldadıb...
Redaksiyamıza dələduzluq faktı ilə üzləşmiş daha bir şikayətçidən müraciət daxil olub. Şikayətçi bildirib ki, Hüseynova Rüxsarə Tehran qızı onu ev satışı adı ilə aldadaraq 15 min manata yaxın vəsaitini mənimsəyib. Belə ki, Yevlaxın Aşağı Qarxun kəndindən olan R.Hüseynova özünü çətin vəziyyətdə olan şəxs kimi təqdim edib və kömək istəyib. Bildirib ki, Yevlaxda evi var və onu satıb borcunu ödəyəcək, qalanını da ilkin ödənişlə ev alacaq. Şikayətçi bildirib ki, tərəflər evin məhz borcverənə satılması şərti ilə razılığa gəliblər:"İlk dəfə 1600 manat pul alıb, min manatını borcuna ödəyəcəyini, 600 manaa isə satacağı evin sənədlərini düzəltdirəcəyini deyib. Evin sənədləşməsi yubandı və üst-üstə pul istəməyə başladı. Hətta mən Yevlaxda satışa çıxarılan evə baxmaq üçün onunla getdim. Məni aparıb Yevlaxda 2 saylı məktəbin yanında bir ev göstərdi". Beləliklə, R. Hüseynovova qarşı tərəfin etimadını qazanıb. Razılaşıblar ki, evi borc aldığı şəxslərə satacaq, ancaq öncə sənədlər düzəldilməlidir. Bundan sonra daha 10 min AZN borc alıb və evi onlara satacağını deyib. Beləliklə, müəyyən zaman çərçivəsində üst-üstə 15 min manata yaxın pul alıb.
Bundan sonra R.Hüseynova yoxa çıxıb, nə pulu qaytarıb, nə də evi satıb. Hətta məlum olub ki, satmaq istədiyi ev dediyi kimi Yevlax şəhərində deyil, Aşağı Qarxun kəndindəndir və həmin kənddə də sakinlərə külli miqdarda borcu var. Hətta ailəsi də ondan bu məsələlərə görə imtina edib.
Şikayətçi polisə müraciət edəndə başqa şəxslərə olan borcuna görə R. Hüseynovanın işinin məhkəmədə olduğu üzə çıxıb. Şikayətçi deyir ki, R.Hüseynovanı Teymur adlı şəxs müdafiə edir və onlar bu qanunsuz əməlləri birgə törədiblər: “Məndən sonuncə dəfə aldığı pulu Teymurun atasının əməliyyatına xərcləyiblər. Yəni Teymur də bu işlərdən xəbərdardır. Ancaq özünü bilməmiş kimi göstərir, məni hər yerdən əngəlləyir. Hətta biz Yevlaxa Rüxsarəni axtarmağa gedəndə də ona Teymur bu barədə xəbər verdi və o, rayondan qaçıb gizləndi”.
Şikayətçi bildirib ki, Rüxsarə indi özünə Günel adı götürüb və Mərdəkanda yaşayır. Ancaq həm şikayətçilərdən, həm də hüquqi-mühafizə orqanlarından gizlənir:"Məni olduqca pis vəziyyətə salıb, özüm kirayədə yaşayıram, mağazadan qazandığım bütün vəsaiti dələduzluq yolu ilə məndən alıb və gizlənir. Teymur və Rühəngiz əlbir olub insanları aldadırlar".
Şikayətçi ümid etdiyini bildirib ki, əlaqədar qurumlar məsələyə qanun çərçivəsində qiymət verəcək.I\
ISTINAD ; Protokol.tv tik tok