Azad Media Susdurula Bilməz!
Bakıda liftin dayanmasının səbəbi AÇIQLANDI
cəmi̇yyət

Bakıda liftin dayanmasının səbəbi AÇIQLANDI

"Bakı Lifttəmir" İstehsalat Birliyi (İB) Gəncə prospekti 57, giriş 4 ünvanında binada liftin dayanması ilə bağlı məlumat yayıb.

Qurumun məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, liftin dayanmasına binaya elektrik enerjisinin verilməsində yaranmış fasilə səbəb olub.

"Müvafiq qurumun əməkdaşları tərəfindən liftdə qalan azyaşlı uşaq xəsarətsiz çıxarılıb. Təxminən 15 dəqiqə sonra elektrik enerjisinin verilməsi bərpa edilib və mütəxəssislər tərəfindən lift işə salınıb", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, mövcud qaydalara əsasən, 12 yaşdan aşağı uşaqların valideyn nəzarəti olmadan liftdən istifadəsi qəti qadağandır.

Reklam ADS