Azad Media Susdurula Bilməz!
Gecəyarısı Azərbaycanda sosial şəbəkədə müəmmalı mesaj
cəmi̇yyət

Gecəyarısı Azərbaycanda sosial şəbəkədə müəmmalı mesaj

Sosial şəbəkələrdə qəribə iddialarla çıxış edən şəxsin görüntüləri yayılıb.

Videogörüntülər sosial şəbəkələrdə izləyicilər arasında narazılıq yaradıb.

Həmin şəxs özünü “Qurban İbn Yəhya” olaraq təqdim edir və Bakıda yaşadığını qeyd edir:

“Buradayam, Azərbaycandayam. Qurban İbn Yəhyayam, təkəm, bir orduyam. And olsun Allaha heç kimdən qorxmuram. Nə oğrudan, nə doğrudan, nə lotudan, nə də başqasından qorxuram”.

Qeyd edək ki, videogörüntülərin tam formada paylaşılmadığı da iddia edilir. Sosial şəbəkələrdə çoxsaylı şikayət və narazılıq doğuran videomaterialın hansı məqsədlə lentə alındığını dəqiqləşdirmək üçün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.

DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, məsələdən məlumatlıdırlar və araşdırma aparılır.

"BakuFakt.az"

IRON MAX AZERBAIAN